www.mlspp.gov.az
Azərbaycanca   English 17.01.2019 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
30.12.2018

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri 35 351 reabilitasiya vasitəsi ilə təmin edib

Onlardan 1436-sı əlil arabası olub 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2018-ci ildə 9284 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlardan 1039-nu ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib.

Əlilliyi olan şəxslərə 1436 əlil arabası, 794 eşitmə aparatı, 6980 cüt protez və ya ortopedik ayaqqabı, 1681 aşağı və yuxarı ətraf, döş protezi verilib. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara  9535 müxtəlif reabilitasiya vasitələri, 1485 yuxarı və aşağı ətraf ortezləri, 341 bel və boyun nahiyəsi üçün korset, 811 dördayaqlı dayaq vasitəsi,  949 cüt qoltuqaltı, 1526 cüt dirsəkaltı ağac və s. təqdim olunub.

Ümumilikdə 2018-ci ildə  əlilliyi olan şəxslərə  35 351 reabilitasiya vasitəsi verilib. Reabilitasiya vasitələrini götürmək üçün özlərinin (və ya yaxınlarının)  Bakıya gəlmək imkanları olmayan insanlara elə yaşadıqları rayonlarda, rayon mərkəzinə gələ bilməyənlərə isə evlərində həmin vasitələr aparılaraq verilib.

Mərkəz tərəfindən 597 əlilliyi olan şəxsə isə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.