www.mlspp.gov.az
Azərbaycanca   English 18.03.2019 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
04.01.2018

İş axtarma bacarıqları üzrə təlimi bitirməkdə olan gənclərdən bir qismi artıq işlə təmin olundu

Ali təhsilli işsiz gənclərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt  şəhər  Məşğulluq Mərkəzində təşkil olunmuş təlimi bitirməkdə olan gənclərdən artıq 3 nəfəri öz ixtisaslarına uyğun münasib iş yeri ilə təmin olunublar.

Bir ay əvvəl başlanan təlimə ali təhsil müəssisələrini bitirmiş 16 nəfər gənc cəlb edilib. Təlim zamanı gənclərə aktiv iş axtarma fəaliyyəti üçün zəruri bilik və bacarıqlar, iş axtarma texnologiyaları, işəgötürənlərlə ilkin əlaqələrin yaradılması, öz potensialını işəgötürənə təqdim etmək üçün sınanmış üsullar və s. öyrədilir.

Gənclər təlim zamanı işəgötürənlə ilkin ünsiyyətin qurulması, özünütəqdim etmə, CV və rezüme yazılışlarının ən optimal variantları, müsahibəyə hazırlıq və s.üzrə zəruri bacarıqlar qazanırlar.

 Təlimin elə son günlərində gənclərdən artıq bir qisminin burada yiyələndikləri bacarıqlar hesabına iş yeri əldə etmələri belə təlimlərin əhəmiyyətli olduğunu göstərir.  Bu səbəbdən də Dövlət Məşğulluq Xidməti tərəfindən belə təlimlərin digər rayon (şəhər) Məşğulluq Mərkəzlərində də təşkili nəzərdə tutulur.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.