www.mlspp.gov.az
Azərbaycanca   English 24.05.2019 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
04.01.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin veb saytı 2018-ci ildə ən çox müraciət olunan rəsmi saytlar sırasında birinci olub

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) 2018-ci ilin yekunlarına əsasən açıqladığı məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı (www.sosial.gov.az) ötən il ən çox müraciət edilən rəsmi saytlar sırasında birinci olub.

Saytda məlumatların gündəlik olaraq yenilənməsi təmin olunur, sosial təminat növləri, proqram və layihələr, istehsalat təqvimi, tender, müsabiqə və müsahibə elanları, vakansiyalar,  zəruri məlumatlar, mənzil və minik avtomobili almaq üçün növbəlilik siyahıları, bu təminatlar üçün tələb olunan sənədlərin siyahıları və s. müvafiq olaraq ayrıca bölmələrdə təqdim edilir. Həmçinin saytda “E-xidmətlər” bölməsi nazirlik tərəfindən göstərilən elektron xidmətlərə birbaşa keçid etməyə imkan verir. Saytın üstünlüklərindən biri də nazirliyin fəaliyyət sahələri ilə bağlı informasiya açıqlığını təmin etməsidir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.