www.mlspp.gov.az
Azərbaycanca   English 24.05.2019 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
28.12.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın üzvləri ilə görüş keçirilib. Nazir Sahil Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramına uyğun  olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlər haqqında məlumat verib. Nazir bu islahatlar prosesində ictimai iştirakçılığın, vətəndaş cəmiyyətlərinin geniş iştirakının təmin edilməsi üçün müvafiq işlər aparıldığını deyib.

Nazirlik yanında İctimai Şuranın fəaliyyətindən bəhs edən S.Babayev Şurada 14  vətəndaş cəmiyyəti institutunun təmsil olunduğunu qeyd edib. O, əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələri üzrə xidmətlərdə  şəffaflığın, sosial ədalət prinsipinin təmin edilməsinin əsas hədəflərdən olduğunu vurğulayıb.

Nazir bildirib ki, həmin sahələrdə güclü ictimai nəzarətin qurulmasında, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılmasında, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şuranın gördüyü işlər, onların monitorinqləri, rəy və təklifləri xüsusi önəm kəsb edir. S.Babayev Nazirliyin İctimai Şura ilə qarşılıqlı fəaliyyətinin daha səmərəli və sistemli təşkili üçün aparılan işləri qeyd edib.

İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev nazirliyin fəaliyyət sahələrində ictimai nəzarətin təşkiili, monitorinqlərin aparılması, qanunvericilik layihələri ilə Şura üzvlərinin yaxından tanış olması, ictimai dinləmələrin keçirilməsi və s. kimi sahələrdə nazirlik tərəfindən yaradılan şəraitdən razı qaldığını bildirib. O, Şuranın rəy və təkliflərinə daim diqqətlə yanaşıldığını, onların nəzərə alındığını deyib.

Şura üzvləri əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində geniş miqyasda islahatların aparılması və həssas qruplarla bağlı sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı müsbət fikirlərini bildiriblər.

Görüşdə İctimai Şuranın 2018-ci ilin ötən dövründə gördüyü işlər, keçirdiyi monitorinqlər, iclaslar, ictimai dinləmələr barədə məlumat verilib. Şuranın 2019-cu il üçün fəaliyyət planının layihəsi də müzakirə olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.