www.mlspp.gov.az
Azərbaycanca   English 24.05.2019 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
29.12.2018

Bu il özünüməşğulluq proqramı çərçivəsində 4100-dən çox təsərrüfat yaradılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən illə müqayisədə 6,5 dəfə çox olmaqla, 7800-dək ailə cəlb edilib.

Onlardan bu günədək 4100-dən çoxuna mal və materiallar təqdim olunub. Həmin ailələrin biznes planlarına uyğun şəkildə müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfatlarının yaradılması təmin edilib. Bu da onların öz zəhmətləri hesabına gəlirlərini artırmalarına və dövlət yardımından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı əldə etmələrinə şərait yaradıb. 

Özünüməşğulluq proqramında xüsusilə həssas qrupların fəal iştirakına diqqət yönəldilib. Belə ki, proqrama cəlb edilənlərin 1000 nəfərdən çoxunu əlilliyi olan şəxslər, 1000 nəfərə qədərini sosial yardım alan ailələrin üzvləri, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 160 nəfərini şəhid ailəsi üzvləri, 1300 nəfərə qədərini məcburi köçkünlər, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilənlər və b. təşkil edir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.